Uğurlu məğlubiyyət – görkəmli dramaturq öz həyatından yazdı

Rüstəm İbrahimbəyov

İlk dəfədir ki, tamamlanmamış bir işi dərc edirəm. Tam mətnin bitməsinə hələ uzun yol var, ancaq qarşıdan gələn 80 illiyim münasibətilə öz həyatım barədə nələrsə danışmaq istəyirəm. Odur ki, üzrlü sayın.

Uğurlu məğlubiyyət (xatirələrlə birlikdə)

I hissə

Yetmiş ildən sonra mənim həyatım çox tez uçmağa başladı və mən buna görə də bəzən özümü mürəkkəbi bitən dolma qələmlə müqayisə edirdim. Qəfildən mənim içimdə yaşanmışlar haqqında yazmaq arzusu oyandı . Ancaq bir çoxunun bacardığı iş məndə uğursuz oldu. Həyata o qədər ehtiraslı bağlı idim ki, onda baş verən hadisələrə fokuslana bilmirdim; nə gündəlik tuturdum , nə də hər-hansı bir düzənli qeydlər aparırdım. Nəticədə bir çox şey yaddan çıxmış oldu, yaddaşda qalanlar isə yarpaqları düşmüş ağaca bənzəyirdi. Əlbəttə , özünü məcbur edərək çılpaqlanmış budaqları yeni ( təzə, fərah) detallarla bəzəmək olar. Ancaq mən bunu etmədim. Hətta, belə deyək, özümün ədəbi mətnlərimdə belə mənim yaratdığım qəhrəmanlarla birbaşa əlaqəli olmayan təsvirlərdən qaçıram. Mənim uzun illər məşğul olduğum kibernetikada “qara qutu” metodu çox geniş yayılıb. Bu “qutu”nun daxili strukturları haqqında heç nə məlum deyil. Ət çəkən maşına bir parça ət ataraq ondan farş almaqla biz anlayırıq ki, bu “qara qutu”nun daxilində üyütmə funksiyası var. İşin effektivliyi isə farşın keyfiyyət və kəmiyyəti ilə müəyyən edilir. Anoloji olaraq, mənim qəhrəmanlarımın insani və başqa xüsusiyyətlərini oxuyucalar mənim yazdığım hadisələrin fonundakı davranışları əsasında mühakimə edirlər.

Bir çox kinomotoqrafa Tonino Querranın Fellini ilə mərc əsasında ssenarini uzun bir cümlə ilə yazması əfsanəsi məlumdur. Budur o ssenari:” Gözəl qadın televizorun ekranında kosmik gəmi ilə raket görən zaman dərhal kiməsə zəng etdi: “O , getdi gəl”. Bu qadın kimdir? O kimə zəng etdi? Onları bir-birinə nə bağlayır? Querra bu sualların heç birinə cavab vermir və imkan yaradır ki, biz hadisələr haqqında öz versiyamızı düşünək. Əminəm ki, ən ətraflı müəllif izahı belə , bu lakonik hadisəni eşidən hər bir insanın beynində canlandırdığı dünyadan daha az emosional olar. Buna bənzər hadisə yarı çılpaq qadın görən əksər kişilərdə baş verir; onlar hamısı qadın bədəninin patar altında gizlənən hissəsini təsvir etməyə başlayırlar və nəticə onlara çox böyük duyğusal təsir göstərir. Hansı ki, bu təsir əgər onlar qadını tam çılpaq görsə idilər bu qədər çox olmazdı.

Querranın “kosmik” ssenarisini qeyd edərək onun 2012 ci ildə Moskvaya gəlişini xatırladım. O , mənim yanıma həyat yoldaşı Lora və sənətşünas Paol Volkovla qonaq gəlmişdi. Onlar içəri daxil olan kimi mən dərhal hiss etdim ki, bu məşhur qonaq nəyəsə görə narahatdır. Stol ətrafında iyirmiyə yaxın toplanmış insan ətrafında o , özünə qapanmışdı. Ortam çox səs-küylü idi- say baxımından çox olan bakılılar stol üzərinə qoyulmuş yeməklər haqqında öz fikirlərini bölüşürdülər. Querro boşqabında olan heç nəyə toxunmamışdı və olduqca uzun müddət sakitcə acgözlüklə bu qrupu izlədi; nəhayət, o dözə bilmədi:

Bəs siz istəmrisiniz , mən sizə nə isə danışım? – və bu an onun narahat olmasının səbəbi mənə bəlli oldu. Bu qocaman yaşlı narahat idi ki, ona ayrılan vaxt ölçüsündə o, yaddaşına yığılan xatirələri danışıb çatdıra bilməyəcək. Querranın Lora tərəfindən rus-dilinə çevrilmiş sualı stol ətrafında dərhal səs-küy yaratmadı- stol ətrafında əyləşənlərin çoxu Querranın kim olduğunu bilmirdilər. Ancaq o, Mastroyanni haqqında danışmağa başladığı zaman hər kəs səssiz qaldı. Söhbəti gedən bu axşam biz bir çox möhtəşəm hekayələr dinlədik , təəssüf ki, bunlardan mən yalnız ikisini xatırlayıram.

Fellini növbəti filmi dilə gətirdi. Kar insanların əksəriyyəti kimi Querra sakitcə danışırdı- növbəmin sonuna yaxın mən Mastroyanni ilə şam yeməyi yemək üçün Çineçittuya gəldim. İş demək olar ki, bitmişdi, yalnız bir sözü yazmaq qalmışdı. Mən dublaj otağına keçdim və onlara mane olmamaq üçün uzaq bir küncdə oturdum. Daha öncə də qeyd etdiyim kimi Marçello mikrafona yalnız bircə söz tələffüz etməli idi: “Si” ( azərbaycan dilində bəli). O, özünə məxsus xarakterik cazibəsi ilə dərhal bunu etdi, sanki xoş bir insanın sualına cavab verirdi. Bu yumşaq səslənmiş “ bəli” sözünə Fellini israrla “yox” deyərək cavab verdi. Marçello elə buradaca hazırlıqlı olaraq ona başqa bir variant təklif etdi; bu dəfə o, “bəli” sözünü elə tələffüz etdi ki, sanki ona görə gözəl olmayan qadınla yatmağa razılaşıb- Querranın üzü bu anda nifrətlə örtülmüşdü və stol ətrafında əyləşən moskvalı-bakılı kişilər bunu anlayışla qəbul etdilər, görünür hamısı həyatlarında bir dəfə də olsun belə halla rastlaşmışdılar. Fellini bu təklifi də rədd etdi. Querra xatirələrdən həyacanlandı və yüksək tonla danışmağa başladı – daha sonra birini də, yenə biri, daha birini də. Beləliklə 40 dəqiqə keçdi. Artıq hamı yorulmuşdu. Fellini Mastroyanniyə yağı düşməni kimi baxırdı və ondan çıxmağı xahiş etdi; məni isə sanki görmürdü. Biz zalı tərk etdik. 20 dəqiqə sonra o, Mastroyannini geri çağırdı; mən onun ardı ilə getdim və küncdə öz yerimi tutdum. Fellini mikrafonun yanında dayanan Mastroyanniyə tərəf gəldi və dedi: “Bunu belə et”;- bu dəqiqələrdə o oğlan uşağına bənzəyirdi, hansı ki , bu oğlan sanki çoxdan onu yoran bir sualın cavabını tapmışdı-“ ayaqlarını bütün gücünlə sıx və sanki sancılanırsan amma bundan qurtula bilmirsən” . Xatirənin bu hissəsini danışarkən Querra hər iki əli ilə masanın kənarını tutdu və güclü bir “bəli” dedi. Elə bir təəssürat yarandı ki, bu səs ağızdan çıxmadı. Hamı gülümsündü , Querra xoşhal oldu.

O, özünü yaxşı aparmır- kifayət qədər yüksək səslə mənim köhnə bakılı tanışım qəzəbləndi; son illər o , dünyanın çox ölkəsini gəzmişdi və özünü bütün xarici dünyanın eksperti hesab edirdi. Mən ona diqqəti cəlb etməmək üçün etiraz etmədim və Querradan başqa nə isə də danışmağı xahiş etdim. O, həvəsli şəkildə razılaşdı və elə dərhal da kədərləndi; biz sakitləşdik və o, daha sonra danışmağa başladı.

Son dəfə biz Marçellə xəstəxanada onun ölümündən 3 gün öncə görüşdük. O, heyrətləndirici şəkildə sakit idi. “Çox istərdim ki, ölməyim, Tonino” o, dedi. “Həyat mənə çox şey verdi” – bu sözləri deyərkən o gülümsədi və çox uzun olmayan fasilədən sonra əlavə etdi: “Amma mən də ona az şey verməmişəm”. Görünür ki, bu söz onun xoşuna gəlmişdi və o, bu sözü təkrar etdi… Querra titrəyən səsini düzəltmək üçün boğazını təmizlədi və dedi- onun dediyi bu sözlərin mənası mənə bir neçə ay sonra ( onun ölümündən sonra) çatdı. Marçellonun həyatı ilə bağlı xatirələri yaddaşımda sıralayan zaman anladım ki, o həyatla “bərabər şərtlər”lə (“başabaş”) oyun oynayırdı: tennisdə o , topu elə bir gözlənilməyən istiqamətə göndərirdi ki, həyata onu qəbul etmək o qədər asan olmasın; sonra o, onu məcbur edirdi ki, o qaçsın və nəticədə bütün dünyanın heyran qaldığı bir oyun meydana gəlirdi.

Querra stol ətrafında əyləşənlərin reaksiyasını bilmək üçün onları nəzərdən keçirdi və baxışlarını mənim üzərimdə saxladı.

Bu variantlardan biri idi… Ola bilsin ki, o, tamam başqa bir şeyi nəzərdə tuturdu… Bilmirəm…
Bu an kimsə , mənim fikrimcə Jenya Popov Mastroyaninin xatirəsinə içməyi təklif etdi. Hamı dostcasına badəsini götürdü , bir neçə insan isə ayağa qalxdı. Querra da məmnuniyyət hissi ilə bizimlə içdi; görünürdü ki, mənim dostlarım artıq onun xoşuna gəlməyə başlayıb. O, yenə də nə isə danışdı ancaq təəssüf ki, mən artıq xatırlamıram. Daha sonra isə Lora onu evə apardı.

Qonaqlıq bir neçə saat davam etdi və Querranın xatirələri məni təhrik etdi ki, dostlarıma Mastroyanni ilə görüşlərimdən birini danışım. 1988-ci ilin yayında Nikita Mixalkov Teatro de Romada “Mexaniki pianino” filminin motivləri əsasında spektakl səhnələşdirirdi və mən bu vaxt bir aylıq Romaya onunla “Sibir bərbəri”nin ssenarisi üzərində çalışmaq üçün getmişdim. O, uzun müddətə harasa gedən teatrın əsas ( baş) rejissorunun mənzilində yaşayırdı. Geniş mənzillər Rondanina meydanının qədim köşkünün ( saray) yarım mərtəbəsini əhatə edirdi. Mixalkov məni bu mənzilə gətirdi, mən çomadanımı mənə verilən otağa yerləşdirdim və biz şam yeməyi yeməyə yollandıq. Mənim dəniz məhsullarına olan həvəsimi bilən Nikita balıq restoranında stol rezerv etmişdi.

Biz qatardan dörd bir tərəfdən də beş-altı mərtəbəli qədim binalarla əhatələnmiş düzbucaqlı , rahat bir meydana düşdük. Hava qaralırdı,”bizim” binaya diaqonal olaraq yerləşən binanın birinci mərtəbəsində yaşıl-mavi lövhə yanıb-sönürdü. Mixalkovdan orada nəyin yerləşdiyini soruşdum .
-Hansısa restoran o , oturaraq mırıldandı.
-Balıq?
-Bilmirəm.
-Bəlkə baxaq?
-Bu vaxt o, partladı.
-Ən yaxşı balıq restoranı sifariş edilib və səni ( daha doğrusu məni) hansısa bir deşiyə itələyirlər. Hansı ki, bu yer haqqında mənim tanışlarımdan heç biri bir kəlmə də danışmayıb.
Ancaq mən yenə də təkid etdim və biz bu kiçik restoranı nəzərdən keçirdik…və Romada olduğum bir ay boyunca ancaq orda yemək yedik- belə ucuz və dadlı formada bizi doyuzdururdular.

Növbəti gün Nikita ora başda Mastroyanni olmaqla öz tamaşasının aktyorlarını gətirmişdi. Keçən otuz ildə mən bu restoranda bir dəfə də -2002 ci ildə Romada kinofestivalda olduğum zaman oldum. O hələ də Mastroyanninin gəlişindən sonra qazandığı populyarlığı saxlamışdı. (Maraqlıdır, görən işlər necə gedir? Sahibi yaşayırmı? Onun adını mən unutdum, Mixalkovla münasibətlər də əvvəlki kimi deyil ki, soruşum; onun adını xatırlayan daha üç nəfər də var idi, hansılar ki, ölüblər).

Mixalkov italyan –dilində pis danışmırdı və mən onun Mastroyanni ilə söhbətlərinə nadir hallarda qarışardım . Amma bir dəfə mənim də Mastroyanni ilə dialoqum yaşandı. Mən “Bonni və Klayd” filminin qəhrəmanı Faye Dunavayı bəyəndiyimi söylədiyim zaman o, çox təəccübləndi.
-“Bu qadın sənin xoşuna gəlir?” İlk dəfə idi ki, Mastoryanni mənə təəccüblə baxırdı. Ola bilməz? !
-“Nəyə görə?” təəccüblə soruşdum ( biz ingilis dilində danışırdıq və bu sualı verməyə mənim biliyim çatırdı).
-Ona görə ki o, bədheybətdir ( canavar, qulyabanı)!

Əgər mən bu hadisə ilə bağlı xatirələrimi yazmış olsaydım onun bir neçə il vətəndaş nikahında olduğu bu qadına olan nifrətini təsvir edərdim. Ancaq mənim başqa niyyətlərim var və ümid edirəm ki, gec ya da tez onlar bu mətni oxumağa davam edənlər tərəfindən aydınlaşdırılacaq.
2012 ci ildə mən Mastroyanni nümunəsini izləyərək həyatla olan münasibətimi çətinləşdirməyə qərar verdim və yetmişli yaşlarımda mənim ölkəmdə hakimiyyəti ələ alan insanlarla açıq konfliktə girdim. Buna görə təəssüf hissi keçirirəmmi? Xeyr. Mən doğrumu etdim? Bilmirəm. Mənim həyatım maraqlı oldumu? Şübhəsiz ki.

Özümə məhkum etdiyim problemlər səbəbi ilə öyrəşilmiş həyat tərzim dəyişdi. Bir sıra rahatlıq və imtiyazlardan imtina etməli oldum, uzun illər özümə dost hesab etdiyim insanlarla münasibətlərim qırıldı və həmfikir olduğum yeni tanış çevrəsi meydana gəldi. Həyat cavanlıqda olduğu kimi daha intensiv hal aldı.
Adı mənim tərəfimdən verilən “Uğurlu məğlubiyyət” sıradan bir həqiqətə dayanır. Hansı ki, bu həqiqətə görə bizim hər birimizin həyatı gec və ya tez ölümə məğlub olur. İstəksiz (qeyri-ixtiyari) olaraq bir sual meydana gəlir:bu məğlubiyyəti necəsə daha uğurlu etmək olarmı? Əgər həqiqətən bu müvəffəqiyyəti qiymətləndirmək üçün obyektiv bir yol varsa.

Kimin üçün isə bu həyatda ən vacib şey kariyera uğurudur. Çoxları daha çox pul qazanmaq üçün çalışırlar. Üçüncülər həyatlarını ailə və uşaqlarına həsr edirlər. Yaradıcı nəaliyyətlərə can atanlar hörmətə layiq görülürlər. Amma insanlığın böyük əksəriyyəti mövcud olmaq üçün həyatlarını pul qazanmağa həsr edir. Tanıra şükürlər olsun ki, mən bu taledən qaçındım və Konfusinin haqlarında danışdığı xoşbəxtlər arasında oldum:”İstədiyiniz işi seçin və həyatda bir gün belə işləməyəcəksiniz” .

Həyatın mənə təqdim etdiyi imkanlardan mən daha maraqlısını seçdim. Mənim yeganə sərhədim (məhdudlaşdırıcım) vicdan olub hər zaman belə olmağa da davam edəcək. Təəssüf ki, hər zmana müqavimət göstərmək alınmır və mən elə özüm tərəfindən də müəyyən edilən xətti aşdım. Yaddaşda qalan xatirələr zamanın təsirinə uğramırlar.

Mən 1939-cu ildə çin təqviminə görə “dovşan ilində” anadan olmuşam. Ancaq çinlilərdə il bir yanvar tarixindən başlamır, onlarda 1939-cu ildə il 18 fevraldan başlamışdı. Dünyaya 5 fevral tarixində göz açdığım üçün çinlilərə görə mən bir il öncə “pələng ilində” anadan olmuş hesab edilirəm. Mən cəmi 13 gün pələng ilində yaşadım ancaq bu hal mənim təbiətimin ikililiyini müəyyən etdi: bütün ömrüm boyu mən özümdə pələn xüsusiyyətlərini dəstəkləməyə cəhd etdim. Zarafat bir yana, ömrümün ilk iyirmi dörd ili Bakı küçələrinin ətrafında mütəmadi olaraq mənə məcbur edirdilər ki, təbii utancaqlığımı (ürkəkliyimi) boğum və bu mənə dünyasını dəyişmiş anamın da dediyi kimi “məni yanlarına çəkdi”. Cavanlıq illərində “döyüş” davranışlarının ətaləti kifayət qədər davamlı çıxdı və bu günə qədər xarici dünya ilə münasxibətlərimə təsir edir.

Deyirlər ki, Parisdə xüsusi bir tərəzi satılır. Hansı ki, bu tərəzi insanın kilosu 100-ə çatan zaman Şopenin “Matəm marşı”nı ifa edir. Mənim başıma bu hal qırx iki yaşımda gəldi və daha otuz səkkiz il mən demək olar ki, hər ilə bir kilo almışam. Ancaq yüz iyirmi beş kiloqramlıq bədən sahibi üçün mən kifayət qədər hərəkətli (mobil) həyat tərzi keçirirəm: içki içən dostlarımın bir çoxu məni dünyanın müxtəlif ölkələrində gözləyirlər və mən onların gözləntilərini boşa çıxarmaq istəmirəm. (Mənim atam o kəsləri içki dostları adlandırırdı ki, hansı ki, onlarla uzun illər boyunca müntəzəm olaraq içmişdi. Mən bu insanların adını xatırlayıram, hər hansı xüsusi bir simpatiya olmadan onlar tez-tez anamın yadına düşürdü. Anma onları atamın dostları hesab etmirdi və həqiqətən də müxtəlif peşələrin və millətlərin nümayəndəsi olan bu insanları müntəzəm qonaqlıqlar birləşdirirdi.

Ardı olacaq