Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir

Qubad İbadoğlu

Dövlətin nüfuzunu  qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da  istefaya göndərilməlidir.

Çünki bundan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək.

Korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür.  Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və  dünyada korrupsiyanın artım sürətinə görə “çempion”  olub. Azərbaycanda korrupsiyanın  sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda  bizimlə  yanaşı olan  Qazaxıstanı və Cibutini  ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı isə 8, Uqandanı isə 3  pillə qabaqlayıb. Bu sürət davam edərsə, Azərbaycan gələn il  nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən “birinciliyi” də ala bilər. Azərbaycanda baş verən hətta adını çəkdiyim ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi. Odur ki, dövlətin nüfuzunu  qorumaq üçün ən azında Nazirlər Kabineti ya özünü buraxmalı,ya da  istefaya göndərilməlidir. Çünki korrupsiya milli təhlükəsizlik məsələsi qədər önəmlidir, korrupsiya nərdivannda bir ildə  ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq və  hamımızı xəcalətli edəcək.