Şəhidlər Xiyabanında Əli Kərimliyə təxribat; Hakimiyyətin növbəti rüsvayçılığı VİDEO

Hakimiyyət ötən il olduğu kimi, bu ildə müxalifətin 20 yanvar şəhidlərini ziyarətinə yersiz maneə yaradıb. Polis kordonları ilə Şəhidlər Xiyabanına gedən prospekt bağlanıb və qarşıda yol boş oluğu halda müxalifət nümayəndələri və onlarla gələnlər saatlarla maneənin qarşısında saxlanılıb. Ən böyük problem isə Milli Şuranın ziyarəti zamanı baş verib.

Başda AXCP sədri Əli Kərimli olmaqla, Milli Şura rəhbərliyi və tərəfdarları şəhidləri ziyarətə saat 15:00-da 20 saylı çəktəbin yanından başlamaq istəyib. Lakin onlarıın qarşısını polsi kordonu ilə kəsərək hərəkət etmələrinə 2 saata yaxın imkan verməyiblər. Gərginlik yaradaraq, ziyarətə gələnləri qarşıdurmaya cəlb etmək meyli hiss olunub.

Ziyarətçilər prospekt boyu qurulan polis kardonlarından Şəhidlər Xiyabanına doğru hər dəfə kiçik dəstəyə ayrılaraq buraxılıb və nəticədə AXCP sədri Əli Kərimli Xiyabandan bir neçə nəfərin müşaiyəti ilə keçib. Minlərlə ziyarətçi isə yol tamailə boş olduğu halda polis sədlərindən o tərəfdə saxlanılıb.

Image may contain: 4 people, including Fatimə Mövlamlı, people smiling, selfie

Ziyarətə gələnlərə polis hücum çəkib və 20 nəfərdən artıq şəxsi saxlayıb. Saxlanılanların əksəriyyəti bir neçə saat polisdə saxlanılandan sonra sərbəst buraxılıblar. Onlardan biri haqqında protokol tərtib edildiyi və məhkəməyə aparılacağı deyilir.

Milli Şuranın ziyarəti zamanı nələrin baş verdiyini təqdim etdiyimiz videolardan görə bilərsiz:

https://www.youtube.com/watch?v=XbZ4vkjHtLA