Qənimət Zahidin kitabı ingiliscə yayına çıxdı

Baş redaktorun həbsxana haqqında yazdığı sənədli roman ingilis dilinə tərcümə edilib

Azadlıq qəzetinin baş redaktoru və Turan TV-nin direktoru Qənimət Zahidin həbsxanada yazdığı « Ölüm korpusu » adlı romanın ingiliscəsi amazonda satışa qoyuldu. Xatırladaq ki, bu kitabı Azərbaycanda və azərbaycan dilində dərc etdirmək siyasi səbəblərə görə mümkün olmamışdı. Daha sonra Q. Zahid onu ingilis dilinə tərcümə etdirmişdi və bu günlərdə amazon beynəlxalq onlayn satış şəbəkəsi «Ölüm korpusu»nu satış üçün aktivləşdirib.

Azadliq.info