İlham Əliyevin yaratdığı yeni şirkət də vəziyyəti dəyişməcəyək

Vahid Məhərrəmli
Kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı ekspert

Bu yeni yaradılan “Aqrar tədarük və təchizat” Səhmdar Cəmiyyət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılır. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaqdan ibarət olmuşdu. Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətləri əsasən dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil etmək, ölkə miqyasında yerli kənd təsərrüfatı məhsullarını tədarük etmək və daxili bazarda satışını və istehlakını təşkil etmək, Ixracın təşviqi məqsədi ilə tələbatdan artıq tədarük edilmiş məhsulların xarici ölkələrdə mümkün satış kanalları vasitəsilə satışını təşkil etmək, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdu. Bu il “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təqdim etdiyi məlumatda qeyd edilir ki; “2018-ci ilin 9 ayının yekunlarına əsasən, Səhmdar Cəmiyyət yerli fermerlərdən ümumi miqdarı 53 min ton, dəyəri 106 milyon manat olan kənd təsərrüfatı məhsulları tədarük edib. Tədarük olunmuş məhsulların 81 milyon manatlıq hissəsi dövlət satınalan təşkilatlarının (uşaq bağçaları, xəstəxanalar, penitensiar sistem, hərbi hissələr və s.) təlabatına yönəldilib, 25 milyon manatlıq məhsul isə xarici ölkələrə ixrac olunub”.
Əlbəttə ölkədə 8 milyon ton kənd təsərrüfatı məhsulu istehsal olduğu halda, dövlət tərəfindən yaradılmış Səhimdar Cəmiyyətin 9 ay ərzində 53 min ton məhsul tədarük edilməsi yaxşı göstərici hesab edilə bilməz. Bu mənada “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti öz üzərinə düşən vəzifənin öhtəsindən gələ bilməmişdi. Yeni yaradılan səhmdər cəmiyyətin adında edilmiş dəyişiklik bu sahədə heç nəyi dəyişməyəcək.