Bakıda tikilməkdə olan bina yanıb VİDEO

Bakının Binəqədi rayonu, Nizami və Nərimanov küçələrinin kəsişməsində tikilməkdə olan çoxmərtəbəli binada yanğın baş verib. Oktyabrın 25-də gecə saat 1 radələrində binanın yuxarı mərtəbələrində başlayan yanğın az sonra digər mərtəbələrə də keçib. Əraziyə yanğınsöndürmə briqadası və polis cəlb olunub.