Hәbsdәki Cәbhәçilәrdәn birinin dә mәhkәmә vaxtı bilindi

Mayın 25-dә hәbs edilmiş AXCP funksionerlәrindәn daha birinin – Nәrimanov şöbәsinin sәdri Babək Həsənovun da apellyasiya mәhkәmәsinin vaxtı bәlli olub. Partiyadan verilәn mәlumata görә, onun hәbs qәtimkan tәdbirindәn veridyi şikayətə mayın 31-də saat 15:00-da Bakı Apellyasiya Mәhkәmәsindә baxılacaq. Hakim Qail Məmmədovdur.

Bundan әvvәl isә eyni gündә hәbs edilәn AXCP funksionerlәrindәn Ruslan Nәsirlinin apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsindә mayın 31-i saat 15:20-dә baxılacağı xәbәr verilib.