Nardaran məhbusundan Əli Kərimliyə ad günü təbriki

Nardaran məhbusu Abbas Hüseyn AXCP sədri Əli Kərimlini doğum günü münasibətilə təbrik edib. A.Hüseyn saxlandığı Qobustandakı qapalı həbsxanadan ünvanladığı təbrik məktubunda yazır:

“Uzaqgörən siyasətçi, hər zaman haqqı tapdalananın yanında olan lider Əli Kərimlini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Əli bəy məhkəmələrimiz müddətində dəstəyini bizdən əsirgəməyib, hər zaman səsimizi cəmiyyətə, dünyaya çatdırmağa çalışıb. Həmişə doğrunun yanında, nahaqqın qarşısında olub. Bu gün bütün təzyiqlərə rəğmən, Əli bəy mübarizə yolunda inamla, əzmlə irəliləyir. Mən bu mübarək yolda ona müvəffəqiyyət,uğur arzulayıram.
Doğum gününüz mübarək,Əli bəy! Allah sizi qorusun və daim haqqın yanında etsin!”

Azadliq.info