Arif Məmmədov faktoru AŞPA-nın baş katibini çıxılmaz vəziyyətə salmaqda davam edir (video)
Dünən AŞ PA-da korrupsiyalarla bağlı dinləmələrin gedişində maraqlı bir məsələ ortaya çıxdı. Sən demə, Azərbaycanın səfiri Arif Məmmədov hələ 2010- cu ildə Azərbaycan hakimiyyətinin kürü diplomatiyası və ölkə daxilində repressiyaları ört- basdır etmək üçün Avropalı siyasilərə rüşvət verməsi ilə bağlı məlumat veribmiş. (Arif Məmmədov 2015- ci ilin iyun ayında İslam Konfransı Təşlkilatının Avropa Birliyində səfiri vəzifəsindən istefa verib, o zamana qədər o, Azərbaycanın Avropa İttifaqında (2000-2006) və Avropa Şurasında (2007-2012) səfiri olub. Arif Məmmədov indi Avropada azərbaycanlıların yaratdığı AND hərəkatının həmsədridir).
Aprelin 25-də AŞPA- da korrupsiya ilə əlaqədar dinləmələrin gedişində Avropa Şurasının Baş Katibinə Niderlanddan olan AŞPA üzvü Pietzer Omtzieg məhz bu sualı verdi ki, «2010cu ildə və daha sonrakı vaxtlarda Azərbaycanın o vaxtlar Səfiri olmuş Arif Məmmədov Sizin kabinetinizə gələrək, AŞPAda korrupsiya ilə bağlı məlumatlar verəndən sonra Siz hansı addimlar atdınız, yoxsa heç bir addım atmadınız»?
Baş Katib Yaqland isə bu faktı təsdiq etdi və belə bir cavab verdi: “Ilk dəfə Azərbaycan səfiri mənim yanıma gələndə mən çox təəccübləndim ki, ölkə səfiri təmsil etdiyi hakimiyyəti tənqid edir. O mənə Azərbaycanda olan korrupsiyadan, rejimin ölkə daxilində davranışından (repressiyalardan), qeyri hökümət təşkilatlarına qarşı aparılan repressiyalardan məlumat vermişdi. Əslində bu məlumatlardan sonra mən Azərbaycanla birbaşa məşğul olmağa başladım və mənim ilk iki məqaləm dərc olundu.
Belə görünür ki, qiyamçı səfirə qarşı bəzilərinin səsləndirməkdə olduğu «bəs o vaxt sən noyə bu rejimə qulluq edirdin» sual o qədər də haqlı deyil və A. Məmmədov, doğrudan da avtoritar rejimin deyil, Azərbaycan xalqının mənafelərini təmsil edib.
https://www.facebook.com/xalqsefiri/videos/10156405681243991/
Azadliq.info