Hakimiyyət qiyabi təqiblərə rəvac verib

Hakimiyyətin fəallara qarşı basqısı səngimək bilmir. Bu gün də Binəqədi rayon polis idarəsinin əməkdaşları keçmiş siyasi məhbus Anar Bayramlının Binəqədi rayon Azadlıq prospektində yerləşən evinə gediblər. Səhər saatlarında evə gələn polis əməkdaşları Anar Bayramlının ailə üzvlərindən onun özünü və Hollandiyada mühacirətdə olan qardaşı Eldar Bayramlını soruşublar.

Övladlarının xaricdə olduğunu bildirən valideynlər polislərdən gəlişlərinin səbəbini soruşduqda isə, polislərin cavabı belə olub: “Sizin övladlarınız sosial şəbəkələrdə dövlət əleyhinə danışırlar. Ona görə də rəis onlarla görüşüb, söhbət etmək istəyirdik”.

Qeyd edək ki, artiyanın Sabunçu rayon şöbəsinin fəalı Abdulla Mahmudov martın 26-da 30 sutka, Xətai rayon şöbəsinin fəalı Orxan Baxışlı martın 27-də 30 sutka, Nəsimi rayon şöbəsinin fəalı Ayaz Qasımov martın 29-da 15 sutka inzibati həbsə məhkum edilib. Fəalların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) ittiham olunur. Öz növbəsində, rəsmi qurumlar fəalların həbsi barədə məlumat yaymayıb.

azadliq.info