Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqlənib

Keçmiş deputat və Almaniyada siyasi mühacir statusu almış Hüseyn Abdullayevin həbsi xəbəri təsdiqlənib. Daxili İşlər Nazirliyindən APA-ya təsdqiləyiblər ki, H.Abdullayev ötən gün Türkiyədə saxlanaraq Azərbaycana gətirlib. Onun Azərbaycanda Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verildiyi və hazırda ifadəsinin alındığı bildirilir.

Azərbaycan tərəfin məlumatına görə, H.Abdullayev beynəlxalq axtarışda olub və Türkiyədə “İnterpol” tərəfindən saxlanılıb.