Hüseyn Abdullayevi Türkiyәdә tutub Azərbaycana gətirdilәr

Keçmiş deputat və Almaniyadan siyasi mühacir statusu almış Hüseyn Abdullayevin Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilməsini Daxili İşlər Nazirliyindən APA-ya təsdiqləyiblər.

Məlumata görə, H.Abdullayev Azərbaycanda Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

***

22.04.2018

Keçmiş deputat Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib. Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq, beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O  bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.