G7 ölkələri Rusiyaya qarşı sanksiyaları davam etdirməyə qərar verdi

“Böyük yeddilik” (G7)  ölkələri Kremlin Ukraynaya dair atdığı addımlarına görə Rusiyaya qarşı sanksiya siyasəti yürütməkdə davam etdirəcəklər.

Bu barədə Kanada XİN-in məlumatında deyilir.

 

“G7 ölkələrinin XİN rəhbərləri qaydalara, o cümlədən ərazi bütövlüyünə əsaslanan mövcud dünya quruluşuna hörmətlə yanaşıldığını bir daha təsdiqləyiblər. Ukraynada həyata keçirdiyi  qəbuledilməz addımlarına görə Rusiyaya qarşı tətbiq edilən sanksiya siyasəti davam etdiriləcək”, – deyə bəyanatda deyilir.

 

Qeyd edək ki, bundan əvvəl Almaniya XİN rəhbəri Hayko Maas da Rusiyaya təzyiqin artırılmasının vacibliyini qeyd etmişdi.