Sumqayıtda iki gənc idmançı dənizdə itkin düşüb FOTO

Aprelin 18 da Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

Günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.

İki idmançının itkin düşməsi barədə aidiyyatı qurumlara məlumat verilib. Lakin, 4 gündür aparılan axtarışlardan nəticə əldə olunmayıb.






 

(qafqazinfo)