Kozlariç: “Azərbaycanda korrupsiya və repressiya bundan sonra da davam edəcək”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Novruz Məmmədovun Baş nazir təyin olunmasına özünün fb səhifəsində hakimiyyətin sərt tənqidi ilə münasibət bildirib.

“Mən inanmırdım ki, Azərbaycanda bu yaxınlarda keçirilmiş saxta seçkilərdən sonra ölkəni idarə edən kleptokratik(oğru) rejim hansısa müsbət dəyişikliklər etsin. Novruz Məmmədovun Baş nazir təyin olunması bunu açıq şəkildə təsdiq etdi.
Bu təyinat sübut edir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar olmayacaq, insan hüquq və azadlıqlarının pozulmasına son qoyulmayacaq, ifadə azadlığına təzyiqlər davam edəcək, korrupsiya tüğyan edəcək və Azərbaycan vətəndaşları bundan sonra da qarət ediləcək”