Etirazçılarla görüşən Ermənistan prezidenti rədd cavabı aldı

Yerevanda 50 mindən artıq etirazçının iştirak etdiyi mitinq davam edir. Bu gün kifayət qədər dramatik hadisələr baş verib. Almaniyanın Deutsche Welle nəşrinin yaydığı xəbərə görə prezident Armen Sarkisyan etirazçılara danışıq təklifi ilə müraciət edib. Etirazçıların lideri Nikol Paşinyan danışıqlardan imtina etdiyi bildirib. O Serj Sarkisyanın hakimiyyəti təhvil verməsinin tələb edib.

Rədd cavabından sonra Armen Sarkisyan nümayiş iştirakçıları toplaşan yerə gedib. Onunla Paşinyan arasında qısa dialoq olub. Sarkisyan hadisə yerindən uzaqlaşarkən jurnalistərin “dialoq ola bilərmi”, sualına- “ümid edirəm” cavabını verib.