Şikayətçilər 11 apreldə İlham Əliyevə istefa deyəcək VİDEO

Gözdən əlillər cəmiyyəti üçün tikilən bina ətrafındakı  qalmaqal səngimir. 2-ci qrup əlil kimi ev növbəsində olan Səlimli Rəşad və onun anası Səlimli Yeganə iki ilə yaxındır bu məsələ ilə bağlı müxtəlif orqanlara şikayətlər edir. Lakin onların müraciətləri  cavabsız qalır.

Şikayətçilər sonuncu dəfə Baş Prokurorun qəbluna gələrkən polis tərəfindən zorakılığa məruz qaldıqlarını iddia edir. Onlar bildirir ki, ətraf kameralarla doludur. Kamera görüntülərini açıb kimin haqlı, kimin haqsız olduğunu müəyyən etsinlər.

Şikayətləri tezliklə araşdırılmayacağı təqdirdə onlar  11 aprel seçkilər günü seçki məntəqələrində İlham Əliyevə İSTEFA deyəcələrini elan ediblər.

Səlimlilər ailəsinin Baş Prokurorluğun qarşısındakı müraciətlərini təqdim edirik.

 

azadliq.info