Gəncədə özünü yandıran oğlan xəstəxanada ölüb

Gəncədə üzərinə benzin tökərək özünü yandıran 18 yaşlı gənc xəstəxanada ölüb.

Martın 28-də xəstəxanaya yerləşdirilən 2000 -ci  il təvəllüdlü Suleymani Əli Fərhad oğlunun həyatını xilas etmək mümkün olmayıb.

 

Bədəninin 99 faizi yanmış Ə.Suleymani həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.

 

Faktla bağlı araşdırma aparılır.