Robert Sekuta Azərbaycanı tərk edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanı tərk edib.

 

APA-nın məlumatına görə, o, diplomatik xidmətini başa vuraraq ölkəsinə qayıdıb.

 

Keçmiş səfir təqaüdə çıxmağa qərar verib.

 

R. Sekuta Azərbaycanda səfir kimi 2015-ci ilin fevralından fəaliyyət göstərib.

 

ABŞ-ın Azərbaycandakı səfiri postuna hələlik təyinat olmayıb.