Azərbaycana xarici investisiya qoyuluşu 22 faiz azalıb

2017-ci ildə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.7 mlrd. dollar olmuşdur.

Bu, Mərkəzi Bankın 2017-ci ilin yanvar-dekabr ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansı hesabatında bildirilir.

Xəbər verdiyimiz kimi, 2016-cı ildə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 7.3 mlrd. dollar olmuşdur. Beləliklə, 2016-cı illə müqayisədə ötən il Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 22% azalıb.

Ötən il ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86% təşkil etmişdir. 2016-da bu nisbət 76.7% idi.

Azadliq.info