Təndirə düşən qadın yanaraq ölüb

Lənkəranda 50 yaşlı qadın təndirdə yanaraq ölüb.

 

APA-nın məlumatına görə, hadisə rayonun Aşağıtəngivan kəndində baş verib. Kənd sakini Böyükxanım Talıb qızı Əliyeva təndirdə çörək bişirərkən ora yıxılıb.

 

B. Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.