tapanca-ates

Rusiyadan gəlib Azərbaycanda adamı güllələdilər

tapanca-atesMasallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb.

1953-cü il təvəllüdlü Qızılavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.