Rusiya ABŞ-ın strateji düşməni olmaq qərarını verib

Rusiya ABŞ-ın strateji düşməni olmağı qərara alıb”. Bu bəyanatla Pentaqonun rəhbəri Ceyms Mettis çıxış edib

“Biz həmişə Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlıq etmək istəmişik. Təəssüf ki, onlar ABŞ-ın strateji düşməni olmağı qərara alıblar. Böyük Britaniya, Ukrayna, Krımda baş verənlər buna təsdiqdir. Siyahını davam etdirmək də olar”, – deyə C.Mettis qeyd edib.

Onun sözlərinə görə, ABŞ əvvəlki kimi Rusiya ilə dialoqa açıqdır: “Biz stabillik və sülh istəyirik. Bununla belə, biz demokratik təsisatlarımızı da qorumaqda davam edəcəyik”, – deyə Pentaqon rəhbəri qeyd edib.