Köməksiz vəziyyətdə qalan yaşlı vətəndaşın evində meyiti aşkarlandı

Mingəçevir şəhərində mənzildə kişi meyiti aşkar edilib.

Hadisə şəhərin Nizami küçəsi 21, mənzil 3 ünvanında qeydə alınıb.

Qonşuların məlumatı əsasında həmin binanın birinci mərtəbəsindəki mənzilə pəncərədən daxil olan hüquq-mühafizə orqanları əməkdaşları 1936-ci il təvəllüdlü ev sahibi Çingiz Bənəçi oğu Qarayevi ölmüş vəziyyətdə aşkar ediblər.

Kişinin öz əcəli ilə köməksiz şəraitdə vəfat etdiyi ehtimal olunur.