Türkiyədə ağır yol qəzası: 6 ölü, 19 yaralı

Türkiyənin Çorum əyalətinin Osmancık rayonu ərazisində ağır yol qəzası baş verib.

Sərnişin daşıyan avtobus yol kənarında dayanan yük maşınına toqquşaraq yanmağa başlayıb.

Nəticədə 6 nəfər ölüb, 19 nəfər yaralanıb.