Xaçmazda 23 yaşlı oğlan intihar edib

Xaçmazda intihar olub.

APA-nın məlumatına görə, rayonun Şərifoba kəndində 1995-ci il təvəllüdlü Araz Zeynal oğlu Məmmədov kənd yaxınlığında ağacdan özünü asıb. Onun asılmış meyiti kənd sakinləri tərəfindən aşkarlanıb. A. Məmmədovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.