Azərbaycan banklarının ümumi aktivləri 5 milyard manat azalıb

Azərbaycan banklarının müştərilərə verdiyi kreditlər azalmaqda davam edir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata  görə, ötən ilin sonunda 11 milyard 337.6 milyon manat olmuş kreditlər 31 Yanvar 2018-ci il tarixinədək 11 milyard 242,2 milyon manatadək düşüb. Başqa ifadə ilə, bankların kredit portfeli Yanvarda 95,4 milyon manat azalıb.

 

2017-ci ili Yanvar ayının sonunda bankların müşərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat təşkil etmişdi. İllik müqayisədə azalma 5 milyard manata yaxındır.

 

Krediltlər bankların əsas gəlir mənbəyidir. Əgər kreditlərdə azalma dayanmasa qarşıdakı dövrdə bir neçə bank gəlir formalaşdırmaqda çətinlik çəkə bilər.