
Məhkəmədə vəkil Nemət Kərimli bu işin siyasi motivli olduğunu, təqsirləndirilən şəxslərin günahsız həbs edildiyini, ittihamların heç birinin sübuta yetirilmədiyini bildirib. Deyib ki, məhkəmə araşdırmalarında da təqsirləndirilən şəxslərdə silah olmadığı, onların polislərin silahlı hücumuna məruz qaldıqları sübut olunub.
Abbas Hüseynov da sifarişlə həbs edildiklərini bildirib.
Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib, Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər haqqında hökm dəyişdirilmədən qüvvədəsaxlaılıb.
Vəkillər bu işdən Avropa Məhkəməsinə şikayət göndərəcəklər.
Azadliq.info