Elman Fəttahın qardaşı avtoqəzada həlak olub

Müsavat Partiyasının başqanının sabiq müavini, partiyanın Divan üzvü Elman Fəttaha ağır itki üz verib.

Onun qardaşı Əziz Fəttahı Bakının Nəsimi rayonunda “3-cü mikrorayon dairəsi” adlanan ərazidə maşın vurub.

O, hadisə yerində ölüb. Mərhum Şəkidə dəfn olunacaq.