Qırmızı Xaç Komitəsinin nümayəndəsi Gözəl Bayramlı ilə görüşüb

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Gəncə şəhər İstintaq Təcridxanasında AXCP sədrinin müavini Gözəl Bayramlı ilə görüşüb. Nümayəndələr G.Bayramlının sağlamlıq durumu ilə maraqlanıblar və hal-hazırda onun səhhətində olan problemləri nəzarətə götürəcəklərini bildiriblər. G.Bayramlı son günlər səhhətində ağırlaşma olduğunu və mədəsində kəskin ağrılar başladığını bildirib. O bildirib ki, təcridxana rəhbərliyi də onun şikayətləri əsasında həkim çağıraraq, onun, müayinədən keçməsini təmin edib. G.Bayramlı qeyd edib ki, qısa vaxtda səhhətindəki ağırlaşmaların müalicəsinə başlanacaq.