“Nardaran işi” Ali Məhkəmədə

Ali Məhkəmədə  AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatın sədri Taleh Bağırov və daha 16 nəfərin ittiham olunduğu “Nardaran işi” üzrə  vəkillərin verdiyi kassasiya şikayətinə baxılacaq.  Proses fevralın 22-si saat 11:00-da Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.

“Nardaran işi” üzrə ağır cəza almış 18 nəfərin məhkəmədə iştirakı gözlənilmir. Vəkillərin bildirdiyinə görə bunun üçün məhkum olunmuş şəxslər özləri məhkəməyə iştirakla bağlı müraciət etməli  idilər. Amma belə bir müraciət olmayıb.

azadliq.info