
Beləliklə, tam 30 ildir ki, ölkəmizdə “Qarabağ!”, “Azərbaycan!”, “Azadlıq!” hayqıran vətənpərvərlərin nəsibi küçə və meydanlarda polis dəyənəyilə üzləşmək, savaşa gedib şəhid olmaq, qazi, veteran olub, sonra da maddi məhrumiyyətlər içində ömür sürmək, həbs olunmaq, döyülmək, işsiz və pulsuz qalmaq, ölkədən didərgin düşməkdir. Qarabağ, Vətən, millət vecinə olmayan fərarilər isə hər zaman yüksək vəzifələrdə, alverdədirlər. Müstəqil də olduq, bir şey dəyişmədi. 25-30 il bundan qabaq Moskva qarşısında ləbbeyk, baş üstə deyib müstəqilliyə də, Qarabağa da arxa çevirənlər bu gün də Moskvanın himayəsinə sığınıb, milləti çapıb talayır, ölkənin vətənpərvər insanlarına izahedilməz bir hikkə ilə nifrət edirlər.
Xalqımız bu dəhşətli ədalətsizliyә son qoymalıdır. Unutmayın ki, ədaləti bu dünyada bərqərar etmək insanın, millətin öz vəzifəsidir.