İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan “Aseman Airlines” aviaşirkətinə məxsus “ART-72” tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

 

“Tasnim” agentliyinin verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

Qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.