Neft 3%-dən çox ucuzlaşıb

eftBu gecə Brent nefti 3,23% ucuzlaşaraq 62,79 dollara, ABŞ xam nefti isə 3,5% ucuzlaşaraq 59,08 dollara düşüb. Hətta bir müddət Brent nefti 61,88 dollar səviyyəsini də görüb.

 

Neftin ucuzlaşmasının səbəbi ABŞ-da qazılan neft quyuları sayının və neft hasilatının sürətlə artmasıdır.

 

Qeyd edək ki, 24 Yanvar 2018-ci il tarixində Brent neftinin qiyməti 70 dolları keçmişdi. Artıq həmin səviyyə ilə müqayisədə Brent nefti 11% ucuzlaşıb.