Əfqan Muxtarlı: “Azad ediləcəyimi gözləmirəm”

«Səhhətim normaldır, elə bir problem yoxdur».

Bunu həbsdə olan jurnalist Əfqan Muxtarlı deyib. Onu, bu gün fevralın 8-də yaxınlarının yas mərasimində (40 mərasimi) iştirak etməsindən ötrü müvəqqəti olaraq evə buraxıblar. Jurnalist fevralın 10-da təcridxanaya qaytarılmalıdır.

Ə.Muxtarlı deyib ki, ölkədə gedən proseslərdən hərtərəfli xəbər ala bilmir:

«Amma yerli hüquq müdafiəçiləri, beynəlxalq qurumlar Azərbaycanda siyasi məhbusların azadlığa çıxmaları üçün ciddi iş aparırlar».

Ə.Muxtarlı deyib ki, Azərbaycanda bütün məsələlərin həlli bir nəfərdən asılıdır:

«Hər şey dövlət başçısının nə deməsindən asılıdır. Onun hansı qərarı verəcəyini isə öncədən bilmək olmur».

Ə.Muxtarlı deyib ki, şəxsən azad ediləcəyini gözləmir. (azadliq.org)