Xaçmazda borc üstündə düşən dava qətllə nəticələnib

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Şarxı kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.