Şəmkirdə gənc oğlan intihar edib

Şəmkirdə intihar hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndində baş verib.

Kənd sakini, təxminən 20-25 yaşlarında olan gənc oğlan yaşadığı evdə özünü asıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub.