Özbәkistan prezidenti Şövkət Mirziyoyev aralarında Türkiyәnin dә olduğu 7 ölkәnin vәtәndaşlarına 30 günlük vizasız rejim imkanı tanıyan qәrar imzalayıb. Fevralın 10-da qüvvәyә minәcәk qәrardan Türkiyәdәn başqa İsrail, İndoneziya, Cәnubi Koreya, Malaziya, Sinqapur, Yaponiya vәtәndaşları yararlanacaq. Qәrar eyni zamanda Özbәkistana gәlәn tәyyarә işçilәrinә dә şamil olunacaq.
Qәrarda iyulun 1-dәn etibarәn Özbәkistanın e-viza sisteminә keçәcәyi dә qeyd olunub.
Daha әvvәl Özbәkistana Qırğızıstan, Qazaxıstan, Azәrbaycan, Rusiya, Ukrayna, Moldova, Belarus vә Gürcüstan kimi ölkәlәrin vətəndaşları vizasız gedә bilirdi.
Noyabr ayında Özbәkistan prezidenti Türkiyә, Avstrya, Fransa, Çexiya, Yaponiya, Malaziya, Tayland, Almaniya, İtaliya, İsveçrә, İngiltәrә, Belçika, Latviya, İspaniya vәtәndaşlarına viza verilmәsini asanlaşdırmaq üçün qәrar imzalamışdı vә vizanın ilk 3 iş günündә verilmәsi qәrarda qeyd olunmuşdu.
Qeyd etmək lazımdır ki, Azərbaycan hələ də Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edir. Türkiyə hökumətinin bütün səylərinə baxmayaraq İ. Əliyev hakimiyyəti “bir millət, iki dövlət” şüarının saxta olduğunu sübut edir.
azadliq.info