Məmməd İsmayıl Avropa Ədəbiyyat Akademiyasına üzv seçildi

Uzun illərdir Türkiyədə yaşayan görkəmli şairimiz Məmməd İsmayıl Avropa Elm, Sәnәt vә Әdәbiyyat Akademiyasının Parisdә keçirilәn sesiyasında Akademiyanın hәqiqi üzvü seçilib.

Bu seçim M.İsmayılın ötən il Avropada keçirilən “Azadlıq sevgisi” şeir yarışmasının qalibi olması ilə əlqaədar reallaşıb.

Xatırladaq ki, akademiyaya üzv seçilənlər arasında Rumınyadan Ion Deaconescu, Әlcәzairdәn Xatim Labi, Ukraynadan Aleksandr Koratenko, Moldovadan Nicolae Dabija, Türkiyәdәn Ataol Bәhramoğlu, İtalyadan Laura Gavarova da var.