Bakının mərkəzində yaşayış binasında yanğın FOTO

Bakıda yaşayış binasında yanğın başlayıb.

 

APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, “Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

 

Alovun qarşısının alınması üçün tədbirlər görülür.