Bugün AXCP sədrinin müşaviri Məmməd Ibrahimin cəzasının 1/2 hissəsinin çəkməsilə əlaqədar şərti azadlığa buraxılması ilə bağlı verdiyi şikayətə baxılıb. Məhkəmə saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilib.
Bu məhkəmədə də “ənənə“yə sadiqlik nümayiş etdirilib və Məmməd İbrahimin şikayəti təmin edilməyib.
Hakim hesab edib ki, Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib.
Xatırladaq ki, Məmməd İbrahim 2015- ci il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs edilib. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyə tövsif edilib və barəsində 3 il həbs qərarı verilib
Azadliq.info