İlham Əliyev “KİV haqqında Qanun”a mürtəce dəyişiklikləri təsdiqlədi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kütləvi informasiyam vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin üçüncü abzasına “internet” sözündən sonra “informasiya ehtiyatı” sözləri əlavə edilsin.

2. 5-ci maddənin birinci hissəsinə “Məlumat azadlığı haqqında”,” sözlərindən sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”,” sözləri əlavə edilsin.

3. 10-cu maddəyə “sirləri” sözündən sonra “, habelə yayılması qadağan edilən digər informasiyanı” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

“Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”