Fransa prezidenti ad gününə 1400 avro xərcləyib FOTO

Fransa prezidenti Emmanuel Makron ad gününü qeyd etməsi ilə bağlı ciddi tənqidlərə məruz qalıb.

Başlıca səbəb odur ki, prezident ad gününü Luara çayının sahilində 500 il əvvəl tikilmiş və bu gün də möhtəşəm arxitektura nümunələrindən sayılan Şambor qəsrində qeyd edib. Makron ailəsi ilə dekabrın 16-17-sini həmin qəsrdə keçirib.

Elisey sarayının yaydığı məlumatda bildirilir ki, Makron və həyat yoldaşı ad gününə cəmi 1400 avro pul xərcləyiblər. Tənqidçilər hesab edir ki, prezident ad gününü belə dəbdəbəli qəsrdə keçirməyə də bilərdi.

Azadliq.info