Salyanda gələn il üçün pambıq planı qoyulur

Məktəb direktorları azı 5 ha pambıq əkməlidir

 

Salyan rayonundan azadliq.info-ya daxil olan məlumata görə bütün idarə və təşkilat müdirləri, eləcə də,  məktəb direktorları  Rayon İcra Hakimiyyətinə çağrılır. Onların hər birinin üzərinə  azı 5 hektar sahədə pambıq əkib-becərmələri barədə öhdəlik qoyulur.

Salyan Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini dünən məktəb direktorlarını, bu gün isə kənd tibb məntəqə müdirlərini yığıb analoji tapşırıqları verib. Torpaq sahələrinin olmadığını billdirənlərə isə işçilərin torpaq sahələrində pambıq əkmək məsləhət olunub. Onlara: “Nə yolla olmalı olsa gələn il 5 ha sahənin pambığı təhvil verilməlidir. İndidən tədarük görün”,- deyə bildirilib.

Azadliq.info