Bayram Məmmədov 30 sitkalığa cəzalandırılıb

Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra həbs olunan gənc fəal Bayram Məmmədovun həbsxanada “kars”a (cərimə kamerası) salındığı bildirilir. Bu haqda NİDA Gənclər Hərəkatından məlumat veriblər. Hərəkat həbsxanadan əldə etdiyi məlumata istinad edir.

B.Məmmədov 13 Saylı Cəzaçəkməəssisəsində saxlanılır.

Hərəkatdan deyiblər ki, B.Məmmədov 30 sutkalığa cəzalandırılıb. B.Məmmədovun cəzalandırılmasının səbəbinin məhbuslardan  döyülərək öldürülməsinə etiraz etməsi olduğu deyilir. B.Məmmədovun həmçinin döyüldüyü bildirilir.

Azadliq.info