“Azərrabitəinşaat” çökür

2018-ci ilin yanvarın 23-də “Azərrabitəinşaat” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətin İdarə Heyətinin yaydığı elana istinadən xəbər verir ki, yığıncağın gündəliyinə ASC-yə aid səhmlərin alqı-satqısı ilə əlaqədar məsələnin müzakirəsi, maliyyə çətinliklərinin (kommunal xidmət, əmlak və torpaq vergisi ödənişi) müzakirəsi kimi məsələlər daxildir.