Nazirlər Kabinetində “islahat”

Baş nazir Artur Rasizadə Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəlinə dəyişiklik edib.

Artur Rasizadənin imzaladığı qərara əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Baş nazirin birinci müavininə isə əlavə olaraq daha 1 köməkçi verilib. Beləliklə, birinci müavinin 2 köməkçisi olacaq. Eyni zamanda birinci müavin xidmətinə 4 baş məsləhətçi ştatı əlavə edilib.

Nazirlər Kabinetinin hüquq şöbəsində aparıcı məsləhətçi ştatı yaradılıb.

Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində də ştat cədvəlinə əlavələr edilib. İndən belə bu şöbədə 2 böyük məsləhətçi və 2 məsləhətçi çalışacaq. Əvvəlki ştat cədvəlində 1 böyük məsləhətçi və 1 məsləhətçi olub.

Bu xəbərdə diqqəti çəkən YAPsayağı islahatdır. Baş nazirin köməkçilərinin sayının 7-dən 3-ə endirilməsi 4 nəfərin ixtisar olunduğu görüntüsü yaradır. Ancaq baş nazirin I müavininə əlavə köməkçi verilməsi, bundan əlavə 4 məsləhətçi ştatının yaradılması ixtisarın üstündən xətt çəkir. Arxiv işi üzrə sektor şöbəsinə də 2 məsləhətçinin əlavə olunması necə ciddi “islahat” aparılmasından xəbər verir. Artur Rəsizadənin iş qabiliyyətində olmaması səbəbindən onun köməkçilərinin sayının azaldılması məntiqlidir, əslində, bütün köməkçilərin ixtisar olunması, Artur müəllimin özündən imtina daha məntiqli olardı. Bu yolla büdcə vəsaitlərinə xeyli qənaət etmək mümkün idi. Ümumiyyətlə, NK strukturunun ləğviylə büdcəni israfçı xərclərdən xilas etmək olardı…

azadliq.info