Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi 2017-ci ilin oktyabr ayı ərzində 16,5 mln. manat və ya 2,1% azalaraq noyabrın 1-nə 766,6 mln. manat təşkil edib.
Bu məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında yer alıb. Qeyri-rezidentlərin əmanətlərinin 54,9 mln. manatı və ya 7,2%-i milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.
Noyabrın 1-nə fiziki şəxslərin əmanətlərinin həcmi 7 280,1 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 257,9 mln. manat və ya 3,7% artım deməkdir. Əmanətlərin 2 189,6 mln. manatı və ya 30,1%-i milli valyutada, qalanı xarici valyutada yerləşdirilib.
Azadliq.info