Hüseyn Abdullayev qürbətin rəsmini çəkdi

Mühacirətdə yaşayan sabiq deputat bütün mühacirlərin könül duyğularının tablosunu təqdim etdi

“Sizlərə bu gün yeni yazdığım və dünyada yaşayan bütün soydaşlarıma həsr etdiyim “NEYLƏYİM” adlı mahnımı təqdim etmək istəyirəm. Ömrümüzdən və taleyimizdən bir il də gəlib keçdi. Bu ötən illərin biz qürbətçilər üçün nə qədər ağır və necə əzablı olduğunu bir Allah bilir. Yaradıcı və sənət insanları üçün isə, belə ayrılıq daha çox iztirablı və daha da ağrılıdır. Çünki, Vətənin rəngini, istisini və hər guşəsinin doğmalığını başqa diyarda hiss etmək mümkün deyil. Dogurdan da bizim xalq başqa xalqdır. Onun özünə məxsus səmimiyyəti, saflığı və anlayışı vardır. Bəli, bəzən hər birimiz “Sən mənə xoşbəxtliyin tablosunu çəkə bilərsənmi” kimi suallarla qarşılaşırıq. Amma nədənsə yenə bizə aid olan və unudulmaz xatirələrimizi təşkil edən acılarımız haqqında rəsm çək deyənləri az görürük. Axı bu nə qədər acı da olsa, bir gerçəkdir ki, heç bir insanın həyatı daim hamar, ya da enişsiz və yoxuşsuz olmur. İndi səsləndirəcəyim nəğməmdə həm zalimin zülmünə məruz qalmış mühacirlərin, həm də öz sevdiklərindən uzaq düşən soydaşlarımın acısını musiqinin dili ilə çəkib göstərmək istəmişəm. Ayrıca olaraq onu da qeyd edim ki, mahnıdakı ‘’ Sevdiyimdən ayrıldım’’ sözünü dedikdə, canım qədər sevdiyim Atamı nəzərdə tutmuşam. Bunu nə qədər başara bilmişəm, ya da yox, qərarını siz verin.”

Hüseyn Abdullayevin yeni mahnısı budur

https://www.facebook.com/100002037177438/videos/pcb.1503654939712397/1503653396379218/?type=3&theater