Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MIDA” MMC 2016-cı ili 477 min 616 manat zərər ilə başa vurub.
MİDA MMC-nin saytında dərc olunan audit olunmuş maliyyə hesabatında göstərilir ki, ötən il “MIDA”nın gəliri 13 min 800 manat, xərcləri isə 974 min 488 manat təşkil edib. Nəticədə MMC-nin 960 min 688 manat əməliyyat zərəri yaranıb.498 min 294 manat maliyyə gəliri zərəri azaldaraq 462 min 394 manata düşməsinə səbəb olub.
Təxirə salınmış vergi xərci daxil “MİDA”nın zərəri 477 min 616 manat təşkil edib.
Azadliq.info